Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


ŞƏHİD ƏLƏDDİN SƏİDOVUN AİLƏSİ ZİYARƏT OLUNUB

.

27.03.2024 12:02
7
A+
A-

AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsi ziyarət olunub.

Yeri gəlmişkən deyək ki, alimlərin şəhid ailələri və qazilərlə görüşləri davamlı olaraq həyata keçirilir.

Görüşədə AHİ-nin sədri, s.e.ü.f.d, dosent Sənan Həsənov, AHİ-nin sədr müavini Şəhla Əmirova, Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri, geologiya və minerologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev və həmin təşkilatın elmi katibi Lalə İbrahimova iştirak ediblər. AHİ-nin sədri Sənan Həsənov ziyarət zamanı şəhid ailəsinə Akademiya rəhbərliyinin və alimlərin ehtiramını çatdırıb. Vətənimizin başını uca edən qəhrəmanlarımızın əziz xatirəsinin AMEA əməkdaşları tərəfindən hər zaman uca tutulduğunu bildirib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin sədri, geologiya və minerologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev Mərkəzdə 2 şəhid ailəsinin çalışdığını və onların qayğılarının hər zaman diqqətdə olduğunu qeyd etdi. “Ələddin kimi oğulların sayəsində işğal altındakı ərazilərimiz yağı düşmən tapdağından azad olunmuşdur. Bu sevinci bizə nəsib edən şəhidlərimizi, qazilərimizi heç zaman unutmayacağıq”, - dedi.

Görüşdə Şəhla Əmirova və Lalə İbrahimova  da şəhidin valideynlərinə belə vətənpərvər, igid oğullar tərbiyə etdiklərinə görə minnətdarlıqlarını çatdırdılar, qələbənin əldə olunmasında igid oğullarımızın qəhrəmanlığının xalqımızın şərəf tarixi olduğunu bildirdilər.

Şəhid Ələddin Səidovun atası Azər Səidov və anası Gülər Səidova qəhrəmanımızın vətənpərvərlik amalından və döyüş yolundan danışdılar. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə xüsusi qayğı göstərdiyinə görə təşəkkürlərini vurğuladılar.

Sonda səhid ailəsi bir daha Novruz bayramı münasibətilə təbrik olundu və xatirə şəkli çəkdirildi.

 

ETİKETLƏR: