Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Komitənin fəaliyyəti qənaətbəxş qiymətləndirildi

Konfransda TİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsi müdirinin müavini Aydın Rəhimov və 81 nəfər nümayəndə iştirak edirdi.

27.03.2024 12:04
2
A+
A-

Martın 12-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin XXI hesabat-seçki konfransı keçirilib.

Konfransda komitənin 2017-2024-cü illərdə görülən işləri barədə hesabatı dinlənildi. Hesabat məruzəsi ətrafında çıxışlar oldu. Ümumi rəyə əsasən, komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi.

Konfransda Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni tərkibi seçildi. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri vəzifəsinə yenidən Xudaverdi Əliyevin namizədliyi irəli sürüldü və dəstəkləndi.

Konfransda TİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsi müdirinin müavini Aydın Rəhimov və 81 nəfər nümayəndə iştirak edirdi.

 

ETİKETLƏR: