Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Yaşıl dünya naminə

həmrəylik ili”ndə ağacəkmə aksiyaları

27.03.2024 12:22
11
A+
A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

İməclik iştirakçılarına Novruz bayramı münasibətilə çay süfrəsi verilib. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi iməciliyin təşkilati işlərində fəal iştirak edib.

Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

 

ETİKETLƏR: