Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Ənənələrimizi qoruyaq”

tədbiri keçirildi

27.03.2024 12:24
3
A+
A-

Martın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əzim Əzimzadənin Ev-Muzeyində Məmməd Səid Ordubadinin Xatirə Muzeyi ilə birgə Novruz bayramına həsr olunan “Ənənələrimizi qoruyaq” tədbiri keçirdi.

Tədbiri Əzim Əzimzadənin ev-muzeyinin direktoru İradə Əzimzadə açdı və qonaqları Novruz bayramı münasibətilə təbrik etdi. Daha sonra həmin muzeyin əməkdaşı Nərmin Əzimzadə Novruz bayramının tarixi, adət və ənənələri haqqında məlumat verdi.

Bayram tədbiri əbəbi-bədii kompozisiya ilə davam etdi. Tədbirdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına Xalq Teatrı kollektivinin üzvlərinin, Aygün Zamanlının rəhbərlik etdiyi “Aytam” Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyinin, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri (tarda Mehdi Məmmədov, Fərid Əhmədov, kamançada Cəfər Əhmədov), Rəşid Behbudov adına Mahnı Teatrının solisti, eyni zamanda qiraətçi Günay Mahmudova, eləcə də Xətai rayonu, 27 nomrəli tam orta məktəbin 7-ci sinif şagirdi Zəhra Alıyevanın və həmin məktəbin 9-cu sinif şagirdi Ayan Allahverdiyevanın çıxışları və Kosa-Keçəlin məzəli zarafatları rəğbətlə qarşılandı.

Sonra rəsm əsərlərindən ibarət kolleksiya təqdim olundu.

Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi işlər   üzrə şöbəsinin müdiri Əfsanə Gülməmmədova iştirak etmişdir.

 

ETİKETLƏR: