Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Pəhləvan” İdman Klubunun yetirmələrinin uğuru

.

27.03.2024 12:30
5
A+
A-

“Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında “Zəfər kuboku” keçirilib.

350-yə yaxın idmançının qatıldığı yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Pəhləvan” İdman Klubunun yetirmələri də uğurlu nəticə göstəriblər.

Belə ki, sərbəst güləş üzrə yarışda Hüseyn Hüseynov (55 kq.) bütün rəqiblərinə qalib gələrək çempion olub. Səid Paşayev (92 kq.) isə gümüş medal əldə edib.

Yunan-Roma güləşində mübarizə aparan Əli Nəzərov (55 kq.) üçüncü yeri tutub.

Qeyd edək ki, güləşçilər yarışa məşqçi-müəllimlər Ruslan Şəmilov, Hüseyn Şəmilov və Azər Hüseynovun rəhbərliyi altında hazırlaşıblar.

***

“Pəhləvan” İdman Klubunun güləşçiləri Şağan Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə U-15 Azərbaycan çempionatında qızıl və gümüş medal qazanıblar.

Sərbəst güləş üzrə yarışda 48 kq. çəki dərəcəsində mübarizə aparan Fərid Hüseynli birinci yeri tutub.

İdman Klubunun digər üzvü Asim Əliyev (57 kq.) isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

ETİKETLƏR:

Foto