Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“HƏR ŞEY VƏTƏN ÜÇÜN”

Giriş nitqi söyləyən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli  Müqəddəs Ramazan bayramı münasibətilə  qaziləri, şəhid ailələrini və akademiya ictimaiyyətini  təbrik etmişdir.

17.04.2024 11:48
4
A+
A-

AMEA Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Müqəddəs Ramazan bayramı ərəfəsində “HƏR ŞEY VƏTƏN ÜÇÜN” mövzusunda ümumrespublika tədbiri keçirilmişdir. Tədbirə AMEA Rəyasət Heyəti, o cümlədən elmi-ictimai təşkilatlar, qazilər və şəhid ailələri, elmi-tədqiqat institutlarının rəhbərlikləri, Gənc Alim və Mütəxəssislər Surası, Həmkarlar İttifaqı və təşkilatları, Qadınlar Şurası, institut və təşkilatlarında fəaliyyət göstərən YAP ilk ərazi təşkilatlarının sədr və müavinləri, Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının məsul işçiləri qatılmışdılar.

Tədbirin əvvəllində  Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, topaqlarımızın bütövlüyü  uğrunda şəhid olmuş qəhrəmanlarımızın  əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Giriş nitqi söyləyən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli  Müqəddəs Ramazan bayramı münasibətilə  qaziləri, şəhid ailələrini və akademiya ictimaiyyətini  təbrik etmişdir.

Sonra Vətən müharibəsi günlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin informasiya müharibəsində qazandığı qələbədən bəhs edən  videoçarx nümayiş olundu.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov çıxış edərək Ramazan bayramı ərəfəsində belə bir tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirdi. Vətən müharibəsindən sonrakı reallıqlarda elmi-ictimai təşkilatların rolunu  önə çəkdi. AMEA-da bu istiqamətdə gedən yeniliklərdən söz açdı.

Tədbirdə AMEA-nın vitse-prezidenti İradə Hüseynova, Vətən müharibəsi iştirakçısı, fəl.ü.f.d., dosent, ehtiyatda olan baş leytenant Radif Mustafayev, filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri Mərziyyə Nəcəfova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Surasının sədri, k.ü.f.d. Elmir Babayev,  Fəlsəfə və Sosiologiya İnstitutunun həmkarlar ittifaqı təşkilatının sədri Asya Əhmədova, tar.ü.f.d., A.A.Bakıxanov adına Tarix İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri Bəxtiyar Əhmədov, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılova Müqəddəs Ramazan bayramı münasibətilə iştirakçıları təbrik etdilər. Ali Baş Komandanın müdrik siyasətinin ətrafında sıx birləşdiklərini söylədilər  və dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqəti yüksək qiymətləndirdilər.

Sonra qazi və şəhid ailələri adından ehtiyatda olan zabit, I və II Qarabağ müharibəsinin iştirakçısı Gəray Əsədov çıxış edərək döyüş yolundan danışdı. Dövlət başçısına və Akademiya rəhbərliyinə minnətdarlığını bildirdi.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqınin sədri Mehman İsmayılovun Vətən müharibəsində cənab İlham Əliyevin çıxışlarından ibarət olan  “İnformasiya müharibəsində qələbə - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabı iştirakçılara təqdim olundu.

ETİKETLƏR:

Foto