Diskussiya şəraitində keçən təlim
.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təşkil etdiyi kursda “Həmkarlar ittifaqı təşkilatlarında hesabat - seçkilər: hazırlıq və keçirilməsi texnologiyaları. Həmkarlar ittifaqlarında hesabat - seçkilərin əhəmiyyəti. Hesabat - seçki kampaniyasının aparılması qaydası. Həmkarlar ittifaqı təşkilatında hesabatların və seçkilərin hazırlanması qaydası. Konfransın (iclasın) hazırlanmasında əsas məqamlar. Konfransın (iclasın) işçi orqanları. Həmkarlar ittifaqı orqanlarına seçkilərin keçirilməsi qaydası” mövzusunda çıxış etmişdir.
Diskussiya şəraitində keçən təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.