Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat-seçkilər şəffaflıq və

demokratik prinsiplər əsasında keçirilir

17.04.2024 14:59
7
A+
A-

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xızı Rayon Komitəsinin hesabat-seçki yığıncağı olub. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan igidlərimizin  xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Rayon Komitəsinin sədri Şahin Musayev həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması və ötən dövr ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Təftiş Komissiyasının hesabatı dinlənilib və görülmüş işlər qənaətbəxş hesab edilib.

Tədbirdə iştirak edən Respublika Komitəsinin məsul işçisi İlkin Həsənov yığıncaq iştirakçılarına ötən dövr ərzində  Azərbaycan Həmkarlar İttifaqıları Konfederasiyasının gördüyü işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib. Yığıncaqda çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Əliyev və digər iştirakçılar həmkarlar ittifaqlarının rayonun ictimai həyatında, xüsusilə təhsil sferasında fəallığını yüksək qiymətləndiriblər.

Sonda təşkilati məsələyə baxılıb.

Şahin Musayev yenidən HİK sədri seçilib.

 

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Yığıncaqda Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin  baş mütəxəssisi Valeh Nağıyev də  iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Rayon Komitəsinin sədri İmran İmranlı hesabat məruzəsi ilə çıxış edib. Həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində görülən işlər barədə hesabat verib.

Məruzə ətrafında müzakirələr aparılıb. HİK-in fəaliyyəti qənaətbəxş hesab olunub.

Sonda təşkilati məsələlərə baxılıb. İmran İmranlı yenidən sədr vəzifəsinə namizəd göstərilib. Onun namizədliyi yekdilliklə dəstəklənib. Sonra Respublika Komitəsinin VI qurultayında iştirak edəcək nümayəndələr seçilib.

 

Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İt

tifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev ölkəmizdə həmkarlar ittifaqları hərəkatı ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinin hazırlanmasına dəstək verilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin DMX Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətindən, gördüyü işlərdən, əməkdaşların sosial həyatında oynadığı əhəmiyyətli roldan danışıb.

Sonra, gündəliyə uyğun olaraq, DMX Həmkarlar İttifaqı Komitəsinin sədri Qaratel Hacıyeva ötən dövrdə görülən işlərin hesabatı ilə çıxış edib.

Yığıncaqda təşkilatın Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra Komitənin yeni tərkibi seçilib.

DMX Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə yenidən Qaratel Hacıyevanın namizədliyi irəli sürülüb və yekdilliklə dəstəklənib.

Tədbirdə çıxış edən DİİXİ Hİ Respublika Komitəsinin nümayəndəsi Rahilə Babayeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, DMX Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini müsbət qiymətləndirib və bundan sonrakı işlərində uğurlar arzulayıb.

 

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xocavənd Rayon Komitəsinin hesabat-seçki yığıncağı rayonun icra strukturları və ictimai təşkilatlarının da marağına səbəb olmuşdur. Bunu dəvət olunmuş qonaqların təmsil etdikləri təşkilatların sayından da görmək olardı.

Yığıncaqda Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Aparat rəhbəri Şaiq Əhmədov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və ittifaq üzvləri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon Komitəsinin sədri Bəhruz Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində görülən işlərdən danışdı. Hesabat məruzəsi ətrafında müzakirələrdə Rayon Komitəsinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi.

Daha sonra təşkilati məsələyə baxıldı. Bəhruz Məmmədov yenidən Rayon Komitəsinin sədri seçildi. Yığıncaqda həmçinin Respublika Komitəsinin VI qurultayına  nümayəndələr də müəyyənləşdirildi.

 

 

DİİXİ Hİ Ağstafa Rayon Komitəsinin hesabat-seçki yığıncağı Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda vuruşlarda şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Yığıncaq iştirakçılarına təqdim olunan hesabat məruzəsində üzvlərin hüquq və mənafelərinin qorunması üçün ötən dövr ərzində görülən işlərdən söz açıldı. Məruzə qənaətbəxş hesab edildi.

Tədbirdə çıxış edən Respublika Komitəsinin Təşkilat işi və hüquq şöbəsinin müdiri Vüsal Məmmədov tədbir iştirakçılarına həmkarlar ittifaqının missiyasından, üzərinə düşən məsuliyyətdən danışdı. Respublika Komitəsinin yerli təşkilatlarla əlaqəsi, fəaliyyəti barədə qısa məlumat verdi.

Sonda Aydın Hacıyev yenidən Rayon Komitəsinin sədri seçildi.

 

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin hesabat-seçki yığıncağı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. İclasa sədrlik edən Niyaməddin Əsgərov bildirdi ki, Rayon Komitəsi həmkarlar ittifaqı üzvlərinin əmək şəraitinin yaxşılaşdırılmasında, ehtiyacı olan üzvlərə maddi yardımların, ərzaq yardımlarının və yollayışların verilməsində əhəmiyyətli rol oynayır. 

Sonra Rayon Komitəsinin sədri Elvin Məmmədovun hesabat məruzəsi dinlənildi. Gündəliyə uyğun olaraq, təşkilati məsələyə baxıldı. Elvin Məmmədovun yenidən sədr seçilməsi təklif olundu. Təklif  yekdilliklə dəstəkləndi. Yığıncaqda  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VI qurultayına  nümayəndələr seçildi.

Yığıncaqda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin  Aparat rəhbəri Şaiq Əhmədov və Beyləqan Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin baş məsləhətçisi,  həmkarlar ittifaqı təşkilatının sədri Rübail Pəsiyev çıxış edərək yeni  seçilən tərkibə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

 

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin hesabat- seçki yığıncağı  keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri Yaşar Salahov hesabat məruzəsi ilə çıxış edib. Həmkarlar ittifaqı  üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində görülən işləri diqqətə çatdırıb. Məruzə ətrafında  müzakirələrdə çıxış edənlər  hesabatı qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb.

Yaşar Salahov HİK sədri və sahə Hİ-nin VI qurultayına nümayəndə seçilib.

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiə Qarayeva və DİİXİ Hİ Respublika Komitəsinin baş mütəxəssisi Valeh Nağıyev iştirak ediblər.

 

 

 

 

DİİXİ Hİ Siyəzən Rayon Komitəsinin hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məruzə ilə çıxış edən Rayon Komitəsinin sədri ötən dövr ərzində görülən işlərin hesabatını verib. Hesabat müsbət dəyərləndirilib.  Təşkilati məsələlərə baxılıb. Balabəy Balabəyov Siyəzən Rayon Komitəsinin sədri seçilib.

Tədbirdə Respublika Komitəsinin məsul işçisi İlkin Həsənov və digər qonaqlar iştirak ediblər.

ETİKETLƏR: