Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid övladının ad gününü təbrik etdilər

.

17.04.2024 15:12
4
A+
A-

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin əməkdaşları  himayəyə götürdükləri  şəhid övladı Ayan Məmmədlinin doğum günü tədbirində iştirak etmişlər. Ev sahibləri və qonaqlar Ayanın atası şəhid Elcanın həyatı, döyüş yolu  barədə xatirələrini bölüşmüşlər. Həmkarlar ittifaqının nümayəndələri Ayanın ad gününü təbrik etmiş və ona hədiyyələr bağışlamışlar.

Onlar həmçinin ailəyə  Ramazan bayramı münasibətilə ərzaq sovqatı vermişlər.  Ailə üzvləri göstərilən diqqət və qayğıya görə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildirmişlər.

ETİKETLƏR: