Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müqəddəs bayram günlərində şəhid ailələrini ziyarət etdilər

 Federasiya 3 şəhid ailəsinin üzvlərini öz himayəsinə götürmüşdür. Bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, hər bir ailəyə sovqatlar və yardımlar paylanılır.

17.04.2024 15:13
2
A+
A-

Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası,  Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir.

 Federasiya 3 şəhid ailəsinin üzvlərini öz himayəsinə götürmüşdür. Bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, hər bir ailəyə sovqatlar və yardımlar paylanılır.

Ramazan bayramı ərəfəsində  Federasiyanın Aparat rəhbəri Rüfət Bürcəliyev və  Maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasımov   Mingəçevir şəhərinə, Ağsu və  Qazax rayonlarına səfər etmiş, şəhid ailələrinə baş çəkmişlər. Şəhid ailələrinin ziyarəti zamanı “Az-Granata” MMC-nin və Qazax rayonu üzrə sahə HİK sədrləri də Federasiyanın nümayəndələri ilə birlikdə olmuşlar.

Şəhidlərin ailə üzvləri ilə söhbətləşən Federasiyanın məsul işçiləri və HİK sədrləri onların problemləri ilə maraqlanmışlar.

Şəhid ailələrinə Ramazan bayramı münasibətilə Federasiya adından ərzaq sovqatı çatdırılmışdır. Göstərilən diqqət və qayğıya görə hər 3 ailənin üzvləri minnətdarlıqlarını bildirmişlər.

 Məlumat üçün deyək ki, Federasiya təkcə əlamətdar günlərdə deyil, vaxtaşırı şəhid ailələri ilə əlaqə saxlayır, onlarla doğma münasibəti qoruyub saxlamağa çalışır.

 

ETİKETLƏR: