Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qazanılan uğura görə təbrik ediblər

Sonda Respublika Komitəsinin qiymətli hədiyyələri təqdim edilib.

15.05.2024 13:46
49
A+
A-

AHİK-in keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən Respublika müsabiqəsinin nəticələrinə görə, 2023-cü ilin qalibləri sırasında Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin iki müəssisəsi - “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC və “Xaçmaz Regional Elektrik Şəbəkəsi” MMC-də var.

Bu münasibətlə “Xaçmaz Regional Elektrik Şəbəkəsi” MMC kollektivinin ümumi yığıncağı keçirilib.

Yığıncaqda sahə Hİ Respublika Komitəsinin də nümayəndələri iştirak ediblər. Onlar müəssisə kollektivini qazanılan uğura görə təbrik ediblər, ümidvar olduqlarını bildiriblər ki, təhlükəsiz əmək, nümunəvi iş şəraiti yaratmaq istiqamətində işlər davam etdiriləcək, işçilərin sağlamlığı daim ön planda olacaq.

Sonda Respublika Komitəsinin qiymətli hədiyyələri təqdim edilib.

ETİKETLƏR: