Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid dəmiryolçu anıldı

Sonra şəhidin ailəsinə baş çəkilib, sovqat və maddi yardım təqdim edilib.

04.07.2024 12:29
16
A+
A-

26 İyun-Azərbaycan Silahlı Qüvvələr Günü ərəfəsində Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədr müavini Fətəli Bəyimov, Mühafizə Departamenti Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri İsmayil Abdullayev, Depatamentin yerli şöbəsinin əməkdaşları Gəncə qovşağında olub, müharibədə iştirak etmiş dəmiryolçularla görüşlər keçirmişlər.

Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mühafizə Departamentinin Yüklərin və obyektlərin mühafizə şöbəsinin Gəncə yüklərin və obyektlərin mühafizə komandasında çalışmış Asif Qocayevin Şəhidlər xiyabanında məzarını ziyarət etmişlər. Qəhrəman şəhidimizin xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə tər gül-çiçək dəstələri qoyulub.

Sonra şəhidin ailəsinə baş çəkilib, sovqat və maddi yardım təqdim edilib.

Qeyd edək ki, Vətən müharibəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 200-ə yaxın əməkdaşı iştirak edib, onlardan 13 nəfəri yaralanıb, 4 nəfəri qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. 125 nəfər müxtəlif medallarla təltif edilib.

 

ETİKETLƏR: