Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təlimlərdə yeni metodlardan istifadə edildi

.

10.07.2024 10:25
13
A+
A-

İyulun 1-2-də Bakı Hərrac Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə “Həmkarlar ittifaqı təşkilatları işçilərinin bilik və bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib. Təlimə sahə həmkarlar ittifaqlarının gənc əməkdaşları cəlb olunub. Tədbirdə dəvət olunmuş mütəxəssislər tərəfindən “Komandanın qurulması və ona rəhbərlik edilməsi, kiçik və ya böyük qrupların təşkili və idarə edilməsi”, “Liderliyin tərifi və əhəmiyyəti, fərdi liderlik metodları və liderlik xüsusiyyətləri”, “Təşkilat daxilində kommunikasiya kanalları”, “İctimaiyyətlə əlaqələrin əsasları-ənənəvi və yeni media ilə əlaqə”, “Səmərəli media mesajlarının hazırlanması” mövzularında mühazirələr oxundu.

Qrup məşğələləri zamanı intellektual oyunlardan da istifadə olundu. Bu intellektual oyunlar mühazirələrin daha asan qavranılması və yaddaşlara hopmasını təmin etməklə yanaşı, biliklərin təcrübədə tətbiqi baxımından da səmərəli oldu

ETİKETLƏR:

Foto