Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İctimai nəzarətdən kənar qalan sahə olmayıb

İşdə olan problemlərdən və çətinliklərdən də söhbət açıldı və onların həlli yolları barədə təkliflər verildi.

10.07.2024 10:26
76
A+
A-

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının üzv təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqların və konfrasların iştirakçıları gündəlikdə duran əsas məsələlərin müzakirəsindən əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan igidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi özlərinin vətəndaş borcu bildilər.

Hesabat-seçki yığıncaqlarında və konfranslarında işçilərin əmək, sosial hüquqlarının qorunmasına, daxili əmək, istehsal intizamının gözlənilməsinə, möhkəmləndirilməsinə ictimai nəzarət, əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və təhlükəsiz əmək rejiminin yaradılması, təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması, asudə və istirahət vaxtlarının səmərəli təşkili, qadın əməyinə hörmət, onların qayğıları, şəhid ailələri, qazilər, veteranlarla iş, hər birinə ayrı-ayrılıqda diqqət və qayğının artırılması, milli, dövlət, dini bayramların qeyd olunması həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin əsas istiqamətləri kimi dəyərləndirildi.

İşdə olan problemlərdən və çətinliklərdən də söhbət açıldı və onların həlli yolları barədə təkliflər verildi.

Bu təşkilatlarda ötən dövr ərzində görülən işlər qənaətbəxş hesab edildi. HİK-lərin, təftiş komissiyalarının tərkibi və sədrləri seçildi.

Konfranslarda və yığıncaqlarda AHİK sədrinin müavini, sahə Hİ Respublika Komitəsinin sədri Musa Mirzəyev, Təşkilat şöbəsinin müdiri Şöhrət Mustafayev və “Azərenerji” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin  sədri Əfruz Ağayeva çıxış etdilər. Onlar bir sıra tapşırıq və tövsiyələr verdilər.

Hesabat-seçkilərdə müəssisə rəhbərləri də çıxış etdi, həmkarlar ittifaqı təşkilatının işinə uğurlar arzuladılar.

ETİKETLƏR:

Foto