Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yarışı 5-ci yerdə başa vurdu

Paytaxtımızda təşkil olunan “Baku Open-2024” beynəlxalq şahmat festivalı başa çatıb.

10.07.2024 11:55
21
A+
A-

Paytaxtımızda təşkil olunan “Baku Open-2024” beynəlxalq şahmat festivalı başa çatıb.

Bakı İdman Sarayında keçirilən yarışda ölkəmizi təmsil edən idmançılar arasında ən yüksək nəticəni Vüqar Əsədli göstərib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına daxil olan “Qarabağ” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi olan V.Əsədli 6,5 xal toplayaraq 5-ci yeri tutub.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının 100 illiyinə həsr olunan turnirdə Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak ediblər.

ETİKETLƏR: