Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Minifutbol yarışı başa çatıb

.

17.07.2024 11:41
7
A+
A-

Şahbuz Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və Şahbuz Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş həvəskar futbolçular arasında keçirilən minifutbol üzrə Şahbuz rayon birinciliyi başa çatıb. Ağbulaq İstirahət Mərkəzinin minifutbol meydançasında keçirilən yarışda 8 komandadan 60-a yaxın idmançının qatıldığı mübarizənin yekun nəticəsinə görə “Şahbuz şəhər” komandası qalib olub. “Gömür” və “Keçili” komandaları isə üçlükdə yer alıblar. Qalib komandalara yarış təşkilatçılarının diplomları, Şahbuz Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr və kubok təqdim olunub.

ETİKETLƏR:

Foto