Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ulu Öndərin əvəzsiz xidmətləri xatırlandı

Zəkiyə xanım dedi ki, Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində media sürətlə inkişaf edir, dövrün tələblərinə layiqincə cavab verir.

24.07.2024 11:52
22
A+
A-

İyulun 19-da Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 22 İyul-Milli Mətbuat Günü münasibətilə “Heydər Əliyevin mətbuata qayğısı və vətəndaş cəmiyyətinin qurulmasında əsas xətt” adlı dəyirmi masa keçirildi.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Suraxanı rayon Heydər Əliyev Mərkəzi Fondunun baş mühafizi, Həmkarlar İttifaqı Təşkilatının sədri Zəkiyə Hacıyeva çıxış edərək bildirdi ki, mətbuatımız müdrik rəhbərin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanan ilk milli Konstitusiyada demokratiya, siyasi plüralizm və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab edilən söz və məlumat azadlığı xüsusi qeyd olunub.

Zəkiyə xanım dedi ki, Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində media sürətlə inkişaf edir, dövrün tələblərinə layiqincə cavab verir.

Onu da qeyd etdi ki, ölkə mətbuatı Birinci Qarabağ və Vətən müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, düşmən təbliğatına qarşı informasiya mübarizəsinə layiqli töhfələr verib. Yüksək jurnalist peşəkarlığı, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə və Ermənistanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatlar çatdırılıb.

Daha sonra çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Əfsanə Gülməmmədova,  bu sətirlərin müəllifi və digərləri  əsası H.B.Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının keçdiyi şanlı yoldan danışdılar. Mətbuatımızın inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri xatırlandı.

Tədbirin sonunda qonaqlar, Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış oldular.

Aliyə SƏMƏDOVA

“Ülfət” qəzetinin müxbiri

ETİKETLƏR:

Foto