Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Fransada Olimpiya Oyunlarının açılışı günü tətillər gözlənilir

.

24.07.2024 11:56
7
A+
A-

Fransanın paytaxtı Parisdə hava limanı işçilərinin həmkarlar ittifaqı iyulun 26-da Olimpiya Oyunlarının açılış günündə tətil elan edib.

Hava limanının işçiləri rəhbərlikdən maaşların artırılmasını və min avro məbləğində əlavə mükafatlar tələb edirlər. Tətil üç əsas hava limanını əhatə edəcək: Şarl de Qoll, Orli və Beauvais.

Qeyd edək ki, bir müddət əvvəl paytaxtın hava limanlarında çalışanlar iyulun 17-nə planlaşdırılan tətili ləğv etmişdilər. Etiraz aksiyasını ləğv etmək qərarı aeroport rəhbərliyi ilə razılığa gəldikdən sonra qəbul olunub.

Bundan əlavə, Paris Olimpiadasının açılış mərasiminin təşkilatçıları tətil haqqında incəsənət nümayəndələrinin həmkarlar ittifaqından də bildiriş alıblar. SFA-CGT “Paris-2024”lə bağlı uğursuz görüşdən sonra Olimpiya Oyunlarının açılış mərasimi günü-iyulun 26-da tətil etməyi planlaşdırır. İncəsənət nümayəndələrinin həmkarlar ittifaqına daxil olan dram, xoreoqrafiya, lirika, estrada, sirk, kukla və folklor sahəsinin nümayəndələri də əməkhaqlarının artırılmasını tələb edirlər.

ETİKETLƏR: