Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Düşmənlə üz-üzə durduğumuz günlərdə

həm cəbhədə, həm də doğma rayonumuzda bizə və ailəmizə həmkarlar ittifaqının isti münasibətini görürdük, eşidirdik

17.11.2021 12:28
44
A+
A-

“Təşkilatımız hərbi hissələrdə görüşlər keçirməyi ənənəyə çevirib. Amma mənə elə gəlir ki, bu görüşlər bundan sonra daha tez-tez baş tutacaq.

Çünki Vətən müharibəsi şanlı tarixi günlərimizin sayını görün nə qədər artırdı: ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin fenomen komandan istedadı, müdrik diplomatiya siyasəti nəticəsində, ordumuzun qüdrəti, gücü, döyüş hazırlığı sayəsində Qarabağda 30 ilə yaxın müddətdə işğal altında qalan yaşayış məntəqələrimiz bir-birinin ardınca azad edildi. Hər yaşayış məntəqəsinin azad olunduğu gün bir bayramdır, təntənədir. Sevinc dolu görüşdür. Qürurun doğmalarla, yaxınlarla bölüş günüdür. Deməli, biz müntəzəm görüşəcəyik”.

Bu sözləri Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki əmək müfəttişi Rauf İbrahimli Abşeron rayonunda yerləşən hərbi hissələrdə olarkən dedi. Bildirdi ki, mən və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Zakir Müslümov, baş mühasibi Azər Abdullayev sizin gözüşünüzə çox qürurverici tarix ərəfəsində - Zəfər Gününü qeyd etməyə hazırlaşdığımız bir vaxta gəlmişik. Biz bir qədər əvvəl hərbi hissələrdə yaradılmış şərait ilə tanış olduq, zabit heyətinin döyüş hazırlığı barədə məlumata qulaq asdıq. Bir mülki vətəndaş kimi, yəqin etdik ki, xalqımız rahat quruculuq işləri ilə məşğul ola bilər.

Çünki Vətənin sərhədləri etibarlı əllərə tapşırılıb.

Hərbi hissə komandirləri Ramil Xəlilov və Rəşad Salmanov diqqətə, ordumuza qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildirdilər. Görüşün sonunda zabit heyətinə Zəfər Günü münasibətilə hədiyyələr təqdim olundu.

 

***

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin baş mütəxəssisi Valeh Nağıyev Zəfər Günü ərəfəsində İmişli, Xocavənd, Ağcabədi rayonlarında Vətən müharibəsi qaziləri ilə görüşüb. Görüşdə iştirak edən qazilər sahə həmkarlar ittifaqının bu diqqətini yüksək qiymətləndiriblər. Çıxış edənlər bildiriblər ki, düşmənlə üz-üzə durduğumuz günlərdə həm cəbhədə, həm də doğma rayonumuzda bizə və ailəmizə həmkarlar ittifaqının isti münasibətini görürdük, eşidirdik. Vuruş meydanında cibimizdə hərbi biletlə yanaşı, həmkarlar ittifaqı üzvü biletini də gəzdirirdik.

Valeh müəllim dedi ki, mən bura gələndə AHİK-in, sahə Hİ Respublika Komitəsinin rəhbərliyi xahiş etdi ki, onların salamlarını və dualarını sizə çatdırım. Həmkarlar ittifaqı postmüharibə dövründə də tədbirlər planında şəhid ailələrinə, qazilərə mənəvi, maddi dəstək məsələlərinə geniş yer ayırır. Əgər mətbuatdan oxuyursunuzsa, AHİK, onun üzv təşkilatları yüzlərlə şəhid övladını 18 yaşınadək himayəyə götürüb. Şəxsən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev başda olmaqla, sahə həmkarlar ittifaqı sədrləri, məsul əməkdaşlar şəhid ailələrini ziyarət edir, problemlərini dinləyir, yardımlar göstərirlər. Mənə burada məlumat verdilər ki, sahə Hİ rayon komitələri sizinlə sıx əlaqə saxlayır, rayon icra hakimiyyətləri hörmətli qazilərimizi işlə təmin edir. Sizin də çıxışlarınızdan bəlli oldu ki, bu diqqət və qayğıdan razısınız.

Tədbirlərdə həmçinin sahə Hİ rayon komitələrinin sədrləri, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri də iştirak edirdilər. Hər üç rayonda qazilərə hədiyyələr bağışlandı.

ETİKETLƏR:

Foto