Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Silsilə tədbirlər keçirilmişdir

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

29.04.2021 10:10
10
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin əhatəsində olan idarə və müəssisələrdə, pandemiya qaydalarının tələblərinə üyğun olmaqla,  28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə  bu günün əhəmiyyətindən söhbət açılmış, təhlükəsiz və sağlam iş şəraitinin layiqli əmək üçün əsas olduğu qeyd edilmiş, insanların təhlükəsizliyinə və sağlamlığına olan yeni təhdidlərin qarşısının alınması yolunda aparılan profilaktik işlərdən danışılmışdır.

Sonda 2021-ci ildə istehsalatda xəsarət alanların və həlak olanların xatirəsinə həsr olunmuş beynəlxalq aksiya iştirakçılarının “Böhranı qabaqlamaq və ona hazır olmaq - dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq”  mövzusunda anketləri paylanmışdır. Anketlər tədbir iştirakçıları tərəfindən anonim qaydada doldurulmuşdur.

ETİKETLƏR: