Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Metropolitençilərlə görüş

MİHİ-nin sədri Arif Mərdanov o gecəni Azərbaycan xalqını azadlığa aparan yolun başlanğıcı adlandırdı. 20 Yanvar şəhidlərinin və şahidlərinin daim xatırlanacağını söylədi.

25.01.2023 12:28
14
A+
A-

20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) görüş keçirilib. Tədbirdə o qanlı gecədə şəhid olmuş metro inşaatçısı Əflatun Kazımovun oğlu Surac və paytaxtda dinc insanlara açılan atəşlə yaralanmış Mansur Qocayev də iştirak edirdilər.

MİHİ-nin sədri Arif Mərdanov o gecəni Azərbaycan xalqını azadlığa aparan yolun başlanğıcı adlandırdı. 20 Yanvar şəhidlərinin və şahidlərinin daim xatırlanacağını söylədi.

Görüşdə xalqımızın o gecə nümayiş etdirdiyi əzm və iradənin təsadüf olmadığı vurğulandı. Deyildi ki, o gecə xalqımızın azadlıq təşnəsinin üsyan məqamı idi. Biz müstəmləkəyə, işğala dözümsüz xalq olduğumuzu II Qarabağ müharibəsində də dünyaya göstərdik.

Əflatun Kazımovun oğlu, hazırda Depolar üzrə İş Departamentində qaynaqçı işləyən Surac atası ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Elektrik Təchizatı Xidmətinin əməkdaşı Mansur Qocayev Sovet qoşunlarının törətdiyi vəhşiliklərdən danışdı. Dedi ki, onlar Bakını ölüm vadisinə çevirmişdilər.

Görüşdə o gecə insanların yanında olmağı özünə borc bilən “Nərimanov Elektrik Deposu”nda çalışmış İlqar Qarayevin də xatirəsi anıldı.

ETİKETLƏR: