Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik

.

15.06.2022 15:31
5
A+
A-

Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla qəhrəman xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan bütün soydaşlarımızı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından səmimi qəlbdən təbrik edir, Vətənimizə firavanlıq, rifah, əbədi sülh və tərəqqi arzu edirəm.

Əziz həmvətənlər!

1993-cü il iyunun 15-də xalqın təkidli tələbinə və çağırışına səs verərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş anı oldu, ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan, dövlətçiliyi itirmək, ölkəmizin parçalanıb yox olmaq təhlükəsindən, bir sözlə, məhv olmaqdan xilas oldu, ölkədə asayiş və qayda-qanun bərqərar edildi, dirçəlişin sarsılmaz təməlləri qoyuldu.

Xalqın Ulu Öndərə olan möhkəm və sarsılmaz inamı, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, eləcə də onun xalqına, Vətəninə olan sonsuz sevgisi Azərbaycanı dirçəliş və inkişaf yoluna çıxardı, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlətə çevirdi, Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmağa başladı.

Dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi ilə bağlı Ulu Önərin bütün arzuları onun özü qədər inandığı Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində bu gün reallığa çevrilib. Cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu məharətlə davam etdirməsi sayəsində hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən və beynəlxalq miqyasda əhəmiyyəti gündən-günə artan dövlətə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi nəticəsidir.

Bu gün ölkəmiz tarixinin ən inkişaf etmiş şanlı dövrünü yaşayır, müdrik xalqımızın xoşbəxt həyatı təmin olunub. Xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, azərbaycançılıq ideyasına sadiq qalmaqla daha parlaq gələcəyə doğru inamla irəliləməkdədir. İnanırıq ki, monolit birliyimiz sayəsində dövlətimiz bundan sonra daha da güclənəcək, ən qüdrətli və zəngin ölkə kimi dünyada şöhrət qazanacaqdır.

Bayramınız mübarək olsun, əziz azərbaycanlılar.

ETİKETLƏR: