Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək müqaviləsinin bağlanmasında dəyişikliklər

.

10.08.2022 14:42
3
A+
A-

Alman işəgötürənləri öz işçilərinə rəqəmsal formada əmək müqaviləsi bağlamağı təklif etdikləri üçün iki min avro cərimə ödəyə bilərlər.

Məşğulluq üzrə nazir Xubertus Haylem rəqəmsal formada təsdiqedici sənədlərin təqdim edilməsini qadağan edən məşğulluq haqqında qanunun (1995-ci il) müddəalarını sərtləşdirməyi təklif edir. Əvvəllər bu qadağa dörd həftəyə qədər qısamüddətli müqavilələrə şamil edilmirdi və cərimələr nəzərdə tutulmurdu. Ekspertlər Almaniya Əmək Nazirliyinin təşəbbüsünü Almaniya Həmkarlar İttifaqları Birliyi (DGB) tərəfindən qanunvericiliyə edilən dəyişiklikləri nəzərə almaq istəyi ilə izah edirlər. Bu arada DGB kağız sənədlərin məcburi istifadəsini hətta onlayn platformaların işçilərinə də şamil etməyə çağırır. Bitkom İnformasiya Texnologiyaları, Telekommunikasiyalar və Yeni Media Federal Assosiasiyasının prezidenti Axim Berq bildirib ki, yeni düzəlişlərdə yalnız müqavilələrin ünvançılara yük maşını ilə çatdırılması tələbi yoxdur. “Özəl sahibkarları əmək müqavilələri və əlaqəli sənədləri çap etməyə məcbur etmək təkcə rəqəmsal siyasət baxımından geriyə doğru addım deyil, həm də resurslara qənaət üçün müasir tələblərə ziddir”, - deyə A.Berq bildirir.

Eyni zamanda kağız düzəlişlərin təşəbbüskarı işəgötürənlərin işçilərini aldatmasını çətinləşdirən yeni rəsmi minimum tələbləri müəyyən edən    Avropa İttifaqının direktividir.

 

ETİKETLƏR: