Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qanunvericilikdə müəyyən edilmiş qaydada icbari tibbi müayinədən keçmədikdə işəgötürən işçi haqqında hansı cəza tədbiri görə bilər?

Şahin ƏSGƏROV, Sumqayıt şəhəri.

23.11.2022 14:06
6
A+
A-

Qanunvericilikdə müəyyən edilmiş qaydada icbari tibbi müayinədən keçmədikdə işəgötürən işçi haqqında hansı cəza tədbiri görə bilər?

Şahin ƏSGƏROV, Sumqayıt şəhəri.

- Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

İşçilər icbari tibbi müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə onları işdən kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər.

 

Torpaq dövlət ehtiyacı üçün alına bilərmi? Əgər alına bilərsə, hansı hallarda alına bilər?

Nicat BABAYEV, Bakı şəhəri.

 

- “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq, xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.  Bu Qanuna əsasən, torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır:

- dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksəkgərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması;

- sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi;

- müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi;

- dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi;

- dəniz limanının ərazisinin artırılması.

Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər.

ETİKETLƏR: