Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həmkarlar ittifaqlarının sayında artım

Həmkarlar ittifaqlarının sayında artım

14.07.2021 01:52
7
A+
A-

 

Pandemiya dövründə dünyada həmkarlar ittifaqlarının sayında 26 faiz artım qeydə alınıb ki, bu da əsasən işçilər və işəgötürənlər arasında sosial dialoq institutunun möhkəmləndirilməsi sayəsində baş verib. Eyni zamanda həmkarlar ittifaqları təmsilçilərinin 89 faizi üçtərəfli məsləhətləşmələr prosesində fəal iştirak etdiyini bəyan ediblər. Bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən nəşr olunan Beynəlxalq Əmək Araşdırmaları jurnalının növbəti sayında deyilir. İyulun 12-də “COVID-19 və Bərpa: daha yaxşı bir gələcəyin qurulmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda keçirilən təqdimatda müəlliflər, tədqiqatçılar, alimlər, BƏT-in Avropa və Mərkəzi Asiyadakı nümayəndələri və həmkarlar ittifaqlarının liderləri iştirak ediblər.
BƏT-in ekspertlərinin məlumatına görə, bu gün xidmət sahəsinin 1,7 milyard işçisi risk zonasında qalır ki, bu da digər fəaliyyət sahələri arasında ən böyük göstəricisi  olan insanların COVID-19 ilə yoluxma mənbəyi ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, infeksiya hallarının təxminən 14 faizi tibb işçilərinin payına düşür. Ümumiyyətlə, pandemiyadan əvvəl infeksiyalar səbəbindən ölənlərin sayı peşə xəstəliklərindən (2,4 milyon ölüm) ölənlərin sayının 9 faizini təşkil edirdi. Pandemiya ilə bağlı oxşar statistika hələ yoxdur, lakin iş yerində infeksiyalar ilə yoluxma sayı  16 milyona qədər artmışdır. Jurnalda həmkarlar ittifaqları mühitində gender bərabərsizliyi problemlərinə böyük diqqət yetirilir. Belə ki, BƏT-in ekspertlərinin fikrincə, qadın həmkarlar ittifaqı fəalları evdə, istehsalatda və həmkarlar ittifaqının daxilində daha çox yüklənməni öz üzərlərinə götürməli oldular. 
Jurnalda verilən proqnozlara görə, pandemiya dünyada təxminən 47 milyon qadının həddindən artıq yoxsulluq zonasına girəcəyinə gətirib çıxara bilər, bu kateqoriyanın sayı 435 milyon adama çatacaq. Mütəxəssislər dünyada həmkarlar ittifaqı hərəkatının inkişafında rəqəmsallaşmanın xüsusi əhəmiyyətini vurğulayırlar. Bu, xüsusilə gənclərin əhatə dairəsini artırmağa kömək edir.