Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Biz daim onların yanındayıq

Biz daim onların yanındayıq

14.07.2021 05:55
27
A+
A-

Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstək göstərir. Federasiya 2 şəhid ailəsinin üzvlərini öz himayəsinə götürmüşdür. 
Federasiyanın məsul işçisi, Aparat rəhbəri Rüfət Bürcəliyev və həmkarlar ittifaqı fəalı - Az-Granata ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Cabbar Məmmədov Ağsu rayonuna və Mingəçevir şəhərində yaşayan şəhid ailələrini ziyarət etmiş, onların qayğıları, güzəranları və  övladlarının təhsili ilə maraqlanmışlar. Şəhid ailələrinə qarşıdan gələn Qurban bayramı münasibətilə Federasiya adından ərzaq sovqatı çatdırılmışdır. Göstərilən diqqət və qayğıya görə hər 2 ailənin üzvləri təşəkkürlərini bildirmişlər.
 Bu xeyirxah iş yerlərdə ilk həmkarlar ittifaqı komitələri tərəfindən davam etdirilir.

ETİKETLƏR: