Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qayğı əlamətdar günlə bitmir

.

17.04.2024 15:47
9
A+
A-

Şəkidə 15 Aprel-Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun mədəniyyət ocaqlarında çalışan çox sayda həmkarlar ittifaqı üzvü iştirak edirdi. Tədbirdə çıxış edən sahə  Hİ Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva bu günün yaranması ilə bağlı qısa məlumat verdi. O, söylədi ki,  bu əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır. UNESCO-nun rəsmi saytında bununla bağlı yayılan məlumatda qeyd olunur ki, incəsənət, bütün dünyada insanların yaradıcı potensialına, innovasiyalara və mədəni müxtəlifliyə zəmin yaratmaqla bərabər, bilik və bacarıqların mübadiləsində və dialoqun təşviqində mühüm rol oynayır. Bu günün incəsənət günü kimi qeyd edilməsi bədii yaradıcılıq və cəmiyyət arasında bağların möhkəmləndirilməsinə kömək edir, incəsənət adamlarının davamlı inkişafa töhfələrini bir daha diqqətə çatdırır. Həmkarlar ittifaqları bundan sonra da mədəniyyət işçiləri ilə bağlı fəaliyyətini uğurla davam etdirəcək. Bir daha mədəniyyət işçilərini təbrik edir, onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıram.

Sonra bir qrup mədəniyyət işçisinə  mükafatlar təqdim olundu.

 

ETİKETLƏR: