Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bəşəriyyətin daş salnaməsini yaradanlar

İttifaq sədri çıxışının sonunda sahə işçilərini təbrik etdi, onlara gərəkli işlərində uğurlar arzuladı.

17.04.2024 15:48
5
A+
A-

“İnşaat-İş” Həmkarlar İttifaqı İcraiyyə Komitəsində sahə işçilərinin peşə bayramına həsr olunmuş iclas keçirilmişdir. İclası giriş sözü ilə açan İttifaqın sədri Umud Hüseynov inşaatçıları qədim dövrlərdən bəri bəşəriyyətin daş yaddaşını yaradan salnaməçilərə bənzətdi. Bu salnaməçilik ənənələri  müasir dövrümüzdə də layiqincə davam etdirilməkdədir. Bildirdi ki, məhz inşaatçılarımızın zəhməti, məsuliyyəti, yaradıcı təfəkkürü sayəsində Bakımız dünyanın ən gözəl şəhərləri sırasında özünəməxsus yer tutmuşdur. Bu gün qəhrəman inşaatçılarımız yeni bir tarixə imza atmaqdadırlar. Erməni işğalçılarının ruhlar şəhərlərinə, kəndlərinə çevirdikləri Qarabağımızın keçmiş yaşyış məntəqələrinin bərpasına başlamışlar. Yaxın zamanlarda biz yaşayış baxımından rahat, yerli koloritə uyğun, qədim və müasir memalıq üslubu elementlərindən istifadə etməklə qurulan Qarabağın sakinləri və ziyarətçiləri olacağıq.

İttifaq sədri çıxışının sonunda sahə işçilərini təbrik etdi, onlara gərəkli işlərində uğurlar arzuladı.

 Təbirdə İttifaqın baş texniki əmək müfəttişi Əliəddin Məmmədov, “Akkord Sənaye- Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Seyfəddin Ağayev, “Holcim Azərbaycan” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Mübariz Məmmədov çıxış edərək inşaatçıların əmək və sosial hüquqlarının müdafiəsi, layiqli iş şəraiti yaradılmasına nəzarət  sahələrində görülən işlər barədə məlumat verdilər.

Sonda əmək fəaliyyətində fərqlənən və həmkarlar ittifaqı işində fəal iştirak edən bir qrup işçiyə İttifaqın Fəxri fərmanları və hədiyyələr təqdim olundu.

ETİKETLƏR: