Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İş dünyasında gender bərabərliyi sürətləndirilməlidir

İclasın gündəliyinə ötən dövr ərzində görülmüş işlərin müzakirəsi və 2024-cü ilin birinci yarısında qarşıda duran vəzifələrin müəyyən edilməsi daxil edilib.

24.04.2024 11:32
4
A+
A-

Aprelin 18-də Pan Avropa Regional Şurası (PARŞ) Qadınlar Komitəsinin onlayn formatda iclası keçirilib.

İclasın gündəliyinə ötən dövr ərzində görülmüş işlərin müzakirəsi və 2024-cü ilin birinci yarısında qarşıda duran vəzifələrin müəyyən edilməsi daxil edilib.

Qadınlar Komitəsinin prezidenti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sektor müdiri Röya Qarayeva görülmüş işlər, həyata keçirilmiş layihələr haqqında məruzə ilə çıxış edib. O, bu il fevralın 6-da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Qadınlar Komitəsinin iclasında qəbul olunmuş qərarları iştirakçıların nəzərinə çatdırıb. Həmçinin BHİK adından BMT-nin Qadınların Vəziyyəti ilə bağlı 68-ci sessiyası (UNCSW68) çərçivəsində iştirak etdiyi “İş dünyasında sistemli dəyişiklik yolu vasitəsilə gender bərabərliyinin sürətlənməsi” mövzusunda keçirilən panel iclasda məruzəsindən bəzi məqamları diqqətə çatdırıb.

Sonra PARŞ-ın siyasi müşaviri Goda Neverauskaite çıxış edib. O, Qadınlar Komitəsinin bu ilin ikinci yarısı üçün nəzərdə tutulan növbəti iclasının gündəliyi və PARŞ Qadınlar Məktəbinin gələcək fəaliyyəti barədə danışıb.

İclasda digər çıxışlar da dinlənilib. Fikir mübadiləsi aparılıb, rəy və təkliflər səslənib.

ETİKETLƏR: