Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşini zamanın axarına uyğun qurmağı bacarmalıdır

Yığıncaq xidmətlərini nəzərə alıb Nurlana Məmmədovanı yenidən sədr vəzifəsinə seçdi.

24.04.2024 11:45
5
A+
A-

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı  Yevlax  Rayon Şurasının hesabat-seçki yığıncağı olub. Yığıncaq rayon şurasının hesabat məruzəsini dinləyib. Hesabatda ötən illər  ərzində ittifaq üzvlərinin əmək, sosial hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən, onların istirahətinin təşkilinə dair həyata keçirilən tədbirlərdən danışılıb. Həmçinin rayon şurasının ilk təşkilatlarla, tərəfdaşlarla qurulan əlaqələri barədə məlumat verilib.

Məruzə ətrafında edilən çıxışlarda rayon şurasının fəaliyyəti bütövlükdə müsbət qiymətləndirilib. Lakin bildirilib ki, ölkəmizin, o cümlədən səhiyyəmizin mütəmadi inkişafı, eləcə də zamanın vaxtaşırı ortaya çıxardığı problemlər həmkarlar ittifaqının da çevikliyini tələb edir. Yeni seçiləcək komitə gələcək fəaliyyətində bu tələbləri nəzərə almalı, işini zamanın axarına uyğun qurmağı bacarmalıdır.

Yığıncaq xidmətlərini nəzərə alıb Nurlana Məmmədovanı yenidən sədr vəzifəsinə seçdi.

Daha bir hesabat-seçki yığıncağı Şəmkirdə baş tutdu. Səhiyyə İşçiləri Həmkarlar İttfaqı Şəmkir Rayon Şurasında da ittifaq üzvləri yekdilliklə Şahin Rzayevin yenidən sədr vəzifəsinə namizədliyini irəli sürüb dəstəklədilər.

Hər iki yığıncaqda AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov çıxış etdilər.

 

ETİKETLƏR:

Foto