Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaşıl dünyaya töhfə

.

24.04.2024 11:48
4
A+
A-

AMEA Azad Həmkarlar İttifaqının  sədri, siyasi elmlər üzrə fəlsələ doktoru, dosent Sənan Həsənov Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak edib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu aksiya zamanı sözügedən qurumların rəsmilərinin və əməkdaşlarının iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

ETİKETLƏR: