Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qarşıdakı hədəflər barədə məlumat verdi

.

24.04.2024 11:56
3
A+
A-

Aprelin 22-də Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) hesabat-seçki konfransı keçirildi. Konfransda Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ Hİ) Respublika Komitəsinin Aparat rəhbəri Şaiq Əhmədov və ilk həmkarlar ittifaqı təşkilatlarından konfransa seçilmiş nümayəndələr iştirak edirdilər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət Statistika Komitəsinin BHİK sədri Şıxəli Dadaşov konfransı açıq elan etdikdən sonra komitənin və Təftiş Komissiyasının hesabat məruzələri dinlənildi. Məruzə ətrafındakı çıxışlardan sonra komitənin fəaliyyəti qənaətbəxş hesab edildi.

Konfransın gündəliyinə uyğun olaraq səsvermə yolu ilə növbəti dövr üçün komitə və Təftiş Komissiyasının say tərkibi müəyyən edilərək üzvləri seçildi.

Sonra Şaiq Əhmədov çıxış edərək Respublika Komitəsi tərəfindən görülmüş işlər və qarşıdakı hədəflər barədə konfrans iştirakçılarına ətraflı məlumat verdi.

 

ETİKETLƏR: