Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat slayt formasında təqdim edildi

Tədbirdə digər çıxışlar oldu.

24.04.2024 12:20
6
A+
A-

Aprelin 18- də Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzində (REM) Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə REM-in direktoru, dosent Yusif Şükürlü, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, mərkəzin şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Elmi Mərkəzin Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev görülən işlər haqqında məlumat verdi. Hesabatı slayt formasında təqdim etdi.

Yığıncaqda çıxış edən Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov Akademiyada və o cümlədən həmkarlar ittifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər ətrafında   danışdı. Son illər Akademiya rəhbərliyinin həmkarlar təşkilatlarının fəaliyyətinə göstərdiyi diqqəti iştirakçılara çatdırdı.

REM-in direktoru Yusif Şükürlü Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində fəaliyyətinin daha da aktiv olmasının zəruriliyini vurğuladı.

Tədbirdə digər çıxışlar oldu.

Yığıncaq iştirakçıları hesabatı qənaətbəxş saydı. Təşkilati məsələyə baxıldı.Yeni seçilmiş komitə üzvləri Yusif Şükürlünün sədr vəzifəsinə namizədliyini yekdillikə dəstəklədilər

Şəki REM-in direktoru Yusif Şükürlü və Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev AMEA Azad Həmkarlar İttifaqının qurultayına nümayəndə seçildilər.

Tədbirin sonunda Sənan Həsənov Heydər Əliyev siyasi irsinin araşdırılması ilə bağlı elmi əsərlərini Şəki REM-in kitabxana fonduna hədiyyə etdi.

ETİKETLƏR: