Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin boksçuları 5 medal qazanıblar

.

24.04.2024 14:48
8
A+
A-

Aprelin 18-23-də Qazaxıstanın Astana şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi təmsil edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin boksçuları 5 medal qazanıblar.

Cəmiyyətin yetirmələri Mehran Rəsulov (75 kq.) və Yusif Ağakişiyev (80 kq.) qızıl medala sahib olublar. Nursultan Soltanlı (52 kq.) və Rəsul Tarquliyev (36 kq.) gümüş, Yusif Məmmədov (46 kq.) isə bürünc medala layiq görülüblər.

Onlar yarışa Əməkdar məşqçi Ceyhun Rüstəmovun rəhbərliyi altında hazırlaşıblar.

 

ETİKETLƏR: