Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şirkətin 18 mindən çox əməkdaşı işdən çıxarılacaq

Ümumilikdə isə işdən çıxarılanlar satış və işə qəbul departamentlərinin əməkdaşları olacaq.

11.01.2023 16:23
1
A+
A-

 “Amazon” şirkətinin 18 mindən çox əməkdaşı yaxın gələcəkdə işini itirə bilər. Bu barədə şirkətin icraçı direktoru Endi Cessinin sözlərinə istinadən “Reuters” xəbər agentliyi məlumat yayıb. 2022-ci ilin noyabr ayında “Amazon” rəhbərliyi 10 min işçi ilə yollarını ayırmağı planlaşdırdı, sonra şirkət rəhbərliyi ixtisarların sayının artırıla biləcəyi barədə xəbərdarlıq etdi. İşçilərin ixtisarına dair qərar “iqtisadiyyatdakı qeyri-müəyyənlik və son iki ildə çoxlu sayda işçinin işə götürülməsi ilə əlaqədar” 2023-cü il üçün planlaşdırmanın bir hissəsi kimi qəbul edilir. Təhlillərin nəticələrinə görə, “Amazon” rəhbərliyi şirkət strukturunda bir neçə vəzifəni əlavə olaraq aradan qaldırmaq üçün çətin qərar qəbul edib. Ümumilikdə isə işdən çıxarılanlar satış və işə qəbul departamentlərinin əməkdaşları olacaq.

 

ETİKETLƏR: