Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İttifaq üzvlərinə qayğı əsas vəzifəmizdir

Pandemiya şəraitinin çətinliklərinə baxmayaraq, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) İsmayıllı Rayon Komitəsi hər zaman ittifaq  üzvlərinin yanında  olmuş, onlara maddi  və mənəvi  dəstək göstərmişdir.

09.06.2021 08:41
20
A+
A-

Pandemiya şəraitinin çətinliklərinə baxmayaraq, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) İsmayıllı Rayon Komitəsi hər zaman ittifaq  üzvlərinin yanında  olmuş, onlara maddi  və mənəvi  dəstək göstərmişdir. Pandemiya ilə əlaqədar sərt karantin rejimi zamanı rayon  komitəsinin könüllüləri 265 nəfər aztəminatlı və yaşlı təhsil işçisinin evinə gedərək onları ərzaq və tibbi ləvazimatlarla təmin etmişdir. COVID-19 xəstəliyinə tutulmuş 180 nəfərdən çox təhsil işçisinin kart hesabına maddi vəsait köçürülmüşdür.
Vətən müharibəsi dövründə  könüllü  olaraq döyüşə getmiş 20 nəfər təhsil işçisinin ailələri ilə müntəzəm olaraq əlaqə saxlanılmış, onlara ərzaq  və digər  yardımlar göstərilmişdir. Tarixi Qələbəmizin əldə olunmasında iştirak etmiş həmin təhsil işçiləri ilə, pandemiya qaydalarına  əməl edilməklə, görüş təşkil edilmiş, onları diplom, Fəxri Fərman və qiymətli hədiyyələrlə  mükafatlandırmışdır. 26 nəfər qazi, 23-dən çox şəhid ailəsinə hər cür maddi və  mənəvi dəstək göstərilmişdir. Şəhid Famil Əhmədzadənin həyat yoldaşına TİAHİ Respublika Komitəsi tərəfindən  hər ay 100 manat maddi köməklik göstərilməsi təmin olunmuşdur. 
Bu dəstəyə və köməkliyə görə  TİAHİ Respublika Komitəsinə, onun sədri,  millət vəkili Səttar Möhbalıyevə rayon təhsil işçiləri adından  təşəkkürümüzü  bildiririk.
Rayon komitəsi, pandemiya qaydalarına əməl etməklə, keçən il TİAHİ Respublika Komitəsinin  keçirdiyi müxtəlif  müsabiqələrdə qalib gəlmiş həmkarlar ittifaqı  fəallarını da mükafatlandırmışdır.
AHİK-in keçirdiyi “Əməyin mühafizəsi sahəsində ilin ən yaxşı müəssisəsi” Respublika  baxış-müsabiqəsində İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin kollektivi Konfederasiyanın Fəxri diplomuna layiq görülmüşdür.
Həmçinin “İlin peşəkar gənci” Respublika müsabiqəsində  qalib olan Vəng kənd tam orta məktəbin kimya müəllimi Gülnarə Qurbanova  TİAHİ  Respublika Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür.
Həmin qaliblər və 40 nəfərdən çox qabaqcıl təhsil işçisi, həmkarlar ittifaqı fəalları TİAHİ Respublika Komitəsinin yaranmasının 100 illiyinə həsr olunmuş   “Yubiley döş nişanı”  ilə mükafatlandırılmışlar.
Rayon komitəsi  Ramazan  bayramı ərəfəsində şəhid ailələri və yaşlı təhsil işçilərinin ailələri ilə də görüşmüş və onlara bayram sovqatları təqdim olunmuşdur.
İttifaq üzvlərinə mütəmadi olaraq qayğı göstərmək rayon komitəsinin əsas vəzifəsidir.

Hafiz KƏRİMOV, 
TİAHİ İsmayıllı Rayon 
Komitəsinin sədri

ETİKETLƏR: