Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Turan Bayramov Avropa çempionu olub

T.Bayramovun peşəkar idmançı kimi yetişməsində məşqçi-müəllimi Habil İbrahimovun böyük rolu var.

29.03.2023 12:37
6
A+
A-

“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi Turan Bayramov Avropa çempionu adını qazanıb. Turan Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında 74 kq. çəki dərəcəsində mübarizəyə  qoşulub. Sərbəst güləşçimiz  keçirdiyi görüşlərdə bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Finalda moldovalı Vasile Diakonla qarşılaşıb və sonuncu xal prinsipinə əsasən (1:1) rəqibinə qalib gələrək Avropa çempionu olub.

T.Bayramovun peşəkar idmançı kimi yetişməsində məşqçi-müəllimi Habil İbrahimovun böyük rolu var.

ETİKETLƏR: