Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Konfransda müzakirə olunacaq məsələlər

Bundan əlavə, iyunun 14 və 15-də “Hamı üçün sosial ədalət” mövzusunda yüksək səviyyəli “Əmək Dünyası” sammiti keçiriləcək.

24.05.2023 15:10
3
A+
A-

Beynəlxalq Əmək Təşkilatı (BƏT) üzvlərinin iştirakı ilə Beynəlxalq Əmək Konfransı bu il iyunun 5-dən 16-dək BMT-nin Cenevrədəki Millətlər Sarayında keçiriləcək. Bu toplantıda BƏT-in 187 üzv dövlətindən işçiləri, işəgötürənləri və hökumətləri təmsil edən nümayəndələr əmək sahəsinə ən çox təsir edən amilləri nəzərdən keçirəcəklər. Bunlara daxildir:

-Keyfiyyətli təlim yeni əmək standartının imkanlarına dair ikinci müzakirədir.

-Sosial müdafiə (əməyin mühafizəsi) - strateji məqsədin dövri müzakirəsidir.

-Hamı üçün ekoloji cəhətdən davamlı iqtisadiyyatlara və cəmiyyətlərə doğru irəliləmək üçün sənaye siyasəti və texnologiyasının nəzərdən keçirilməsi də daxil olmaqla ədalətli keçidin ümumi müzakirəsi.

-Təhlükəsiz və sağlam iş mühiti prinsipinin BƏT-in əsas prinsip və iş hüquqlarına daxil edilməsindən sonra konvensiya təklifləri və 15 beynəlxalq əmək müqaviləsinə qismən yenidən baxılması üçün tövsiyələr.

Bundan əlavə, iyunun 14 və 15-də “Hamı üçün sosial ədalət” mövzusunda yüksək səviyyəli “Əmək Dünyası” sammiti keçiriləcək. Sammitdə dövlət və hökumət başçıları, BƏT-in Baş direktoru və Birləşmiş Millətlər Təşkilatının, digər beynəlxalq təşkilatların, işəgötürənlər və işçilər təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin çıxışları və panel müzakirələri nəzərdə tutulub. Bu, sosial ədalətin dəstəklənməsi üçün gücləndirilmiş, əlaqələndirilmiş və ardıcıl fəaliyyətin zəruriliyi ilə bağlı geniş fikir mübadiləsi üçün fürsət olacaq. O, həmçinin Beynəlxalq Əmək Bürosunun Rəhbərlik Şurası tərəfindən 2023-cü ilin mart ayında keçirilən 347-ci sessiyasında təsdiq edilmiş təklif olunan sosial ədalət naminə qlobal koalisiyanı müzakirə etmək imkanı verəcək.

ETİKETLƏR: