Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsil, peşə hazırlığı və səhiyyə kimi sahələri maliyyələşdirmək üçün...

Təhsil, peşə hazırlığı və səhiyyə kimi sahələri maliyyələşdirmək üçün...

04.08.2021 20:19
4
A+
A-

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) keçirdiyi sorğuda peşə təlimi  və səhiyyənin maliyyələşdirilməsi üçün korporasiyalardan tutulan verginin artırılmasına geniş dəstək bildirilib.  

Qeyd edək ki, BHİK-in sifarişi ilə on ölkədə keçirilən yeni sorğuya görə, insanların üçdə ikisindən çoxu təhsil, peşə hazırlığı və səhiyyə kimi sahələri maliyyələşdirmək üçün zəngin və iri korporasiyalara vergilərin artırılmasını dəstəkləyir.

Sorğuda əksini tapan: “təhsil, peşə hazırlığı və səhiyyə kimi sahələri maliyyələşdirmək üçün zəngin və iri korporasiyalara vergilərin artırılmasını nə dərəcədə dəstəkləyəcəksiniz və ya müdafiə edəcəksiniz?” sualı 10 ölkədə 12 mindən çox respondentə verilib.

İnsanların 69 faizi bu fikri dəstəkləyib, 10 faizi  isə əleyhinə çıxıb. 16 faizi münasibət bildirməyib,  5 faizi isə dəqiq cavab verməkdə çətinlik çəkib.