Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gözləntilər inamı doğrultmur

Aİ Xarici Əlaqələr Şurasının son iclasında nazirlərin Fələstindəki vəziyyəti müzakirə etməsi vəziyyətin aktuallığına və ciddiliyinə uyğun gəlmir.

15.05.2024 15:42
1
A+
A-

Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ETUC) müharibələrin və zorakı münaqişələrin sayının fövqəladə artmasından, eləcə də Avropada və bütün dünyada sülh və təhlükəsizliyin mövcud vəziyyətindən ciddi narahatdır. Qeyd olunur ki, Avropa İttifaqı (Aİ) ixtiyarında olan geniş çeşidli diplomatik, ticarət və münaqişələrin həlli alətlərindən istifadəyə üstünlük verməlidir. Sülhə nail olmaq üçün səyləri ikiqat artırmaq lazımdır.

ETUC Ukraynaya göstərilən dəstəyi alqışlayır. Bildirilir ki, bərpa prosesi sosial şəraiti əhatə etməlidir. Sosial dialoq və kollektiv danışıqlar, habelə işçilərin və həmkarlar ittifaqı hüquqlarına tam hörmət, ədalətli və təhlükəsiz iş şəraiti təmin edilməlidir.

Ukraynada həmkarlar ittifaqlarının fəaliyyəti və bütün səviyyələrdə tam şəkildə iştirakı dəstəklənilir.

Genişlənmə prosesi Aİ-yə daxil olmaq üçün sosial normalara tam riayət olunmasını, o cümlədən sosial dialoqun gücləndirilməsini, habelə həmkarlar ittifaqı hüquqlarına hörməti təmin etməlidir.

Aİ Xarici Əlaqələr Şurasının son iclasında nazirlərin Fələstindəki vəziyyəti müzakirə etməsi vəziyyətin aktuallığına və ciddiliyinə uyğun gəlmir.

ETUC dərhal atəşkəs və girovların azad edilməsini təmin etmək üçün bütün vasitələrdən istifadə etmək, gərginliyin azaldılması və iki dövlətli həllə əsaslanan sülh naminə dialoq üzrə səyləri gücləndirmək üçün Aİ qurumlarının təcili tədbirlər görməsinin zəruriliyini bir daha təsdiqləyir.

Mülki şəxslər təcili və gücləndirilmiş dəstəyə ehtiyac duyurlar. Aİ təkcə humanitar səylərə əlavə resurslar ayırmamalı, həm də bu resursların Qəzza zolağında ehtiyacı olan mülki şəxslərə təhlükəsiz şəkildə çatmasını təmin etməlidir.

ETUC vurğulayır ki, Aİ bütün iştirakçı tərəflərə beynəlxalq hüququn öhdəliklərinə tam əməl etmələri üçün təzyiq göstərməlidir.

ETİKETLƏR: