Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mədəniyyət işçilərinin hüquqları necə qorunub?

.

24.04.2024 12:36
13
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbirdə  öncə Ulu Öndər Heydər Əliyev və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Konfransın işində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev, MİHİ Xaçmaz Rayon Komitəsinin İdarə Heyətinin üzvləri, daimi komissiyaların sədrləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, müəssisə rəhbərləri və həmkarlar fəalları iştirak edirdi.

Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra Rayon Komitəsinin sədri Qərib Umudovun və Təftiş Komissiyasının sədri Esmira Əliyevanın hesabatları dinlənildi. Məruzələr ətrafında Rayon Komitəsinin Gender Bərabərliyi üzrə Komissiyasının sədri Könül Əskərova, İdarə Heyətinin üzvü Fərhad Qafarov, ilk həmkarlar ittifaqı komitələrinin sədrləri Tükəzban Nəsirova, Aygün Xəlilova, Xaçmaz Uşaq İncəsənət Məktəbinin direktoru Telnaz Adigözəlova, Xudat Uşaq Musiqi Məktəbinin direktoru Rəhman Xeyirov, həmkarlar fəalı, şəhid atası Xəlilulla Süleymanov çıxış edərək məruzələrdə təqdim olunan fəaliyyət dövrünü qənaətbəxş saydılar.

Sonra açıq səsvermə yolu ilə  Qərib Umudov Rayon Komitəsinin sədri seçildi.

Hesabat-seçki konfransına yekun vuran MİHİ Respublika Komitəsinin Aparat rəhbəri Zaur Həmidov yeni seçilmiş komitə üzvlərini təbrik etdi. Onlara gələcək fəaliyyələrində uğurlar arzuladı.

*******

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin XIX Konfransı keçirildi.

Konfrans iştirakçıları Ulu Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri  düzdülər.

Azərbaycanın azadlığı uğrunda şəhid olan Vətən övladlarının,  həmçinin ötən dövr ərzində dünyasını dəyişmiş  mədəniyyət işçilərinin  əziz xatirələri bir dəqiqəlik sükutla  yad edildi.

Konfransda Rayon Komitəsi sədrinin və Təftiş Komissiyası sədrinin 2017-2024-cü illər üzrə hesabatları dinlənildi və görülmüş işlər barədə videoçarx nümayiş etdirildi.

   Məruzələr ətrafında çıxış edənlər komitənin hesabÖndər at dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğuladılar.

 Nizamnamə tələblərinə uyğun olaraq, 15 nəfərdən ibarət yeni seçilən komitə üzvləri Nəriman Məlikovu yenidən sədr vəzifəsinə, Vüsalə Məmmədovanı isə sədrin müavini vəzifəsinə təsdiq etdilər.

 Nəriman Məlikov həmçinin  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv və Respublika Komitəsinin XIX Konfransına nümayəndə seçildı.

     Sonda konfransın qərar layihəsi oxundu.

Konfrans iştirakçıları Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XIX Konfransına müraciət ünvanladılar.

******

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi. Öncə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransın işində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Ə.Sadıxov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini F.Qurbanov, İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru A.Hüseyn, İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru O.Ağayev, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru B.Həşimov, Əməkdar Mədəniyyət İşçisi S.Abdullayeva, MİHİ İsmayıllı Rayon Komitəsinin üzvləri iştirak edirdilər. Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra MİHİ İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayevanın və Təftiş Komissiyasının üzvü Tərlan Əliyevin hesabatları dinlənildi. Məruzə ətrafında çıxışlarda komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğu vurğulandı. Konfransda MİHİ İsmayıllı Rayon Komitəsinin 2017-2023-cü illər ərzindəki fəaliyyəti qənaətbəxş hesab edildi və Təftiş Komissiyasının hesabatı təsdiq olundu. Konfransda 11 nəfərdən ibarət MİHİ İsmayıllı Rayon Komitəsinin üzvləri, 7 nəfərdən ibarət Rəyasət Heyətinin üzvləri və 3 nəfərdən ibarət Təftiş Komissiyasının tərkibi seçilərək təsdiq edildi.

Daha sonra MİHİ İsmayıllı Rayon Komitəsinin sədri vəzifəsinə səs çoxluğu ilə yenidən Gülər Abdullayeva seçildi. Həmkarlar haqqında təlimata uyğun olaraq yeni seçilmiş sədr MİHİ Respublika Komitəsinin XIX Konfransına nümayəndə və MİHİ Respublika Komitəsinə üzv seçildi.

Konfrans iştirakçıları MİHİ Respublika Komitəsinin XIX Konfransına müraciət ünvanladılar.

Sonda bir sıra mədəniyyət müəssisələri MİHİ İsmayıllı Rayon Komitəsi tərəfindən Fəxri fərmanlarla təltif edildi.

ETİKETLƏR:

Foto