Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Formal və qeyri-formal uzunmüddətli qayğı sektorunun kadr resursları haqqında hesabat

Həm Avropa Parlamentinin, həm də EPSU-nun hesabatında belə bir fakt vurğulanır ki, baxıcıların 80 faizindən çoxu qadın olmaqla, yüksək cinsi ayrı-seçkiliyə məruz qalıb. Bundan əlavə, bu sektorun əməkdaşlarının təxminən 8 faizi əcnəbilərdir.

24.11.2021 12:32
1
A+
A-

Bu həftə Avropa Parlamenti Avropa İttifaqında (Aİ) formal və qeyri-formal uzunmüddətli qayğı (qulluq) sektorunun kadr resursları haqqında hesabat yayımladı. Hesabat milli və Aİ səviyyələrində işçi qüvvəsinin xüsusiyyətlərini, məşğulluq növlərini və iş şəraitini, çətinlikləri və siyasət variantlarını araşdırır. Hesabatdakı məlumatların çoxu “Sosial İşçilər üçün Ümumdünya Fəaliyyət Günü”ndə nəşr olunan Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Federasiyasının (EPSU) hesabatının nəticələrini dəstəkləyir.

Hər iki hesabat Aİ-də demoqrafik yaşlanmanın yüksək olduğunu və bunun nəticəsində uzunmüddətli qulluğa tələbatın artdığını göstərir. Bu ehtiyacı ödəmək üçün daha çox baxıcılar (qayğı göstərən şəxslər) və köməkçi heyət tələb olunacaq. Əslində EPSU-nun hesabatından belə nəticəyə gəlinir ki, ölkələr yalnız yaşlı insanlara baxanların cari nisbətini qorumaq üçün 2040-cı ilə qədər xidmətçi heyətin sayını 60 % artırmalıdır. Bununla belə, bütün Aİ ölkələri tibbi və yardımçı heyət çatışmazlığı barədə məlumat verir və bu, pandemiya ilə daha da arıtr. 2019-cu ildən hazırkı dövrə qədər 421 min insan bu sektoru tərk edib.

Avropa Parlamentinin hesabatı EPSU-nun aşağı əməkhaqqı, müvəqqəti müqavilələr və pis əmək şəraitinin sektorun cəlbediciliyini azaltdığına dair nəticələrini dəstəkləyir. Kollektiv danışıqların və kollektiv müqavilələrin olmaması o deməkdir ki, bu amilləri aradan qaldırmaq və şərtləri yaxşılaşdırmaq daha çətindir.

Həm Avropa Parlamentinin, həm də EPSU-nun hesabatında belə bir fakt vurğulanır ki, baxıcıların 80 faizindən çoxu qadın olmaqla, yüksək cinsi ayrı-seçkiliyə məruz qalıb. Bundan əlavə, bu sektorun əməkdaşlarının təxminən 8 faizi əcnəbilərdir.

Avropa Parlamentinin hesabatında bir sıra yaxşı tövsiyələr var. Burada haqlı olaraq göstərilir ki, qulluq sektorunda miqrasiya lazımi qaydada tənzimlənməlidir ki, bu, həm qayğı xidməti göstərənlərin, həm də yardım alanların ( mənşə ölkələri və təyinat ölkələri) ən yaxşı maraqlarına uyğun işləsin. O həmçinin miqrantlara və səyyar işçilərə, xüsusilə də qulluq edən şəxslərə onların hüquqları barədə məlumat verməyi təklif edir. Digər yaxşı təkliflərə platformadan daha səmərəli istifadə etmək və platforma işçiləri üçün iş şəraitinin yaxşılaşdırılması, uzunmüddətli qulluq işinin rəsmiləşdirilməsi və əmək müfəttişləri qarşısındakı maneələrin aradan qaldırılması daxildir. Hesabat həmçinin sektorda gender bərabərsizliyinin aradan qaldırılmasına kömək edə biləcək minimum əməkhaqqı və ödəniş şəffaflığı direktivlərinin həyata keçirilməsini dəstəkləyir.

Həm EPSU-nun, həm də Avropa Parlamentinin hesabatı Avropa Şurasının uzunmüddətli qulluq ilə bağlı nəticələrinə uyğundur. İyun ayında “EPSCO” Avropa Komissiyası və Sosial Müdafiə Komitəsi tərəfindən hazırlanmış, yuxarıda qeyd olunan eyni məsələlərin bir çoxunu vurğulayan və işçi qüvvəsi çatışmazlığının həllinə çağıran yeni uzunmüddətli qayğı hesabatını təsdiqlədi.

EPSU Avropa Parlamentinin “EMPL” komitəsi ilə işləməyə davam edəcək və Avropa Komissiyasının gələcək yardım strategiyasına töhfə verəcək.

 

ETİKETLƏR: