Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İntellekt gənclərin yarışı

Sonra turnirə start verildi.

28.12.2021 11:32
7
A+
A-

Dekabrın 24-də “Badam d’ART boutique” hotelində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında “Kim? Nə? Harada? intellektual oyunun final mərhələsi keçirilmişdir. Tədbiri giriş sözü ilə Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə açmışdır. O, iştirakçılara AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırmışdır.

Demişdir ki, biz hələ də Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin sevincini yaşayırıq. Bu sevinci bizə sizin həmyaşıdlarınız - qəhrəman Azərbaycan oğulları bəxş etdi. Onların bir çoxu canını, bir çoxu sağlamlığını itirdi. Biz onların qarşısında baş əyirik.

M.Cəfərzadə sonra dedi: “19 ali məktəbin qatıldığı bilik yarışında dəfələrlə iştirak etmiş və ilk dəfə nəyə qadir olduğunu sınamaq istəyi ilə gəlmiş tələbələr qatılıblar. Yəqin ki, son anda qələbə daha yaxşı hazırlıqlı komandalara nəsib olacaq. Hər birinizə qələbə sevinci arzulayıram. Bu yarış 2007-ci ildən start götürüb və 14 il dalbadal davam edib. Təkcə ötən il pandemiyaya görə keçirə bilmədik. Bu il Operativ Qərargahın icazəsinə uyğun olaraq yarış yenidən bərpa olundu. Və bu gün də adi gün deyil. Çox özəl bir gündür. Ölkə başçısı, Ali Baş Komandan, Zəfərimizin təşkilatçısı və ilhamçısı cənab İlham Əliyevin doğum günüdür. Mən turnirin iştirakçıları adından möhtərəm Prezidentimizi 60 illik yubileyi münasibətilə təbrik edirəm. Ona uğurlar arzulayıram”.

Sonra turnirə start verildi.

Gərgin, həyəcanladırıcı anlarla zəngin bilik yarışında ən yaxşı nəticəni Bakı Mühəndislər Universitetinin tələbləri göstərdilər. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti çıxdı.

Qaliblərə mükafatlar 2022-ci il fevral ayında-Gənclər Günündə təqdim olunacaq.

ETİKETLƏR: