Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaralı əsgər və zabitlərimizə baş çəkiblər

Aprelin 27-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin əməkdaşları Səhiyyə Nazirliyinin Buzovna Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicə olunan Silahlı Qüvvələrimizin yaralı əsgər və zabitlərini ziyarət ediblər.

29.04.2021 10:11
6
A+
A-

Aprelin 27-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin əməkdaşları Səhiyyə Nazirliyinin Buzovna Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicə olunan Silahlı Qüvvələrimizin yaralı əsgər və zabitlərini ziyarət ediblər. Mərkəzin baş direktoru Mürsəl Mürsəlovla görüş zamanı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə deyib ki, Azərbaycan Silahlı Qüvvələrinə hamilik yardımının göstərilməsi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və onun xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin fəaliyyət istiqamətlərindən birini təşkil edir. Sentyabrın 27-də başlanan və tarixi qələbəmiz ilə nəticələnən 44 günlük zəfər savaşında mübarizə aparan ordumuza dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilmişdir. Belə ki, TİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan təşkilatlar tərəfindən ərzaq, geyim, gündəlik tələbat malları, eləcə də zəruri tibbi ləvazimat alınaraq ön cəbhədə döyüşən əsgər və zabitlərimizə göndərilmiş, həmçinin müxtəlif hospitallarda müalicə olunan yaralı hərbçilərimiz, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin ailələri ziyarət olunmuş, onlara maddi və mənəvi yardımlar göstərilmişdir. M.Cəfərzadə qeyd etmişdir ki, TİAHİ Respublika Komitəsi bu işləri gələcəkdə də davam etdirəcəkdir.

M.Cəfərzadə həmçinin müalicə olunan əsgər və zabitlərlə görüşərək onlara tezliklə  sağlamlıqlarına qovuşmalarını arzulayıb. Mərkəzin baş direktoru Mürsəl Mürsəlov Azərbaycan Silahlı Qüvvələrinin yaralı əsgər və zabitlərinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. 

Daha sonra əsgər və zabitlərə gündəlik istifadə vasitələri təqdim olunub.

ETİKETLƏR: