Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


VII institutlararası futbol turnirinə yekun vurulub

Çıxış edənlər gənc alim və mütəxəssislər arasında keçirilən ənənəvi futbol yarışının əhəmiyyətinə toxunub, yer tutan komandaları təbrik ediblər.

25.05.2022 12:35
5
A+
A-

Mayın 18-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol turniri başa çatıb.

Qızıl medal uğunda AMEA-nın Rəyasət Heyəti ilə İqtisadiyyat İnstitutunun futbol komandaları mübarizə aparıb. Yekun nəticəyə görə, İqtisadiyyat İnstitutunun əməkdaşları turnirin qalibi adını qazanıb. Rəyasət Heyətinin komandası ikinci yeri tutub. İnformasiya Texnologiyaları İnstitutu 3-cü, Geologiya və Geofizika İnstitutunun komandası isə 4-cü yerin sahibi olub.

Daha sonra mükafatlandırma mərasimi baş tutub. Mərasimdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, həmkarlar ittifaqı təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər.

Çıxış edənlər gənc alim və mütəxəssislər arasında keçirilən ənənəvi futbol yarışının əhəmiyyətinə toxunub, yer tutan komandaları təbrik ediblər.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

ETİKETLƏR: