Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirak ediblər

Çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi oldu.

01.06.2022 22:34
17
A+
A-

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi məkana gəldilər.

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Səncər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi oldu.

Mükafatları qaliblərə Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti  İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Səncər təqdim etdilər.

Mərasimdən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sərgi zonasındakı pavilyonlarla tanış oldular.

Daha sonra prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, qardaş ölkələrimizin rəsmi nümayəndə heyətləri və festival iştirakçıları Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşounu izlədilər.

ETİKETLƏR: