Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şəhid ailələri və qazilər ziyarət olunub

.

22.09.2022 10:52
12
A+
A-

Sentyabrın 16-da Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət olunub. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan ziyarətlərdə ilk təşkilat sədri Vəkil İsmailov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və bu qurumun tabe müəssisələrinin rəhbərləri iştirak ediblər. Ziyarətlər zamanı valideynlər şəhid övladlarının həyat hekayələri və hərb meydanındakı şücaətlərindən bəhs ediblər. Qonaqlar isə şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərini iftixar hissi ilə qeyd edərək onların qəlblərdə əbədi yaşayacaqlarını vurğulayıblar.

Sonra ziyarətçilər rayonun bir neçə kəndində Vətən müharibəsi qazilərinə baş çəkiblər. Qazilərlə görüşlərdə onların səhhəti və ehtiyacları ilə maraqlanıblar. Qazilər cəbhə xatirələrini qonaqlarla bölüşüblər.

Görüşlərdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin maddi dəstəyi ilə hazırlanmış yardım bağlamaları ailələrə paylanılıb.

ETİKETLƏR: