Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Gender Bərabərliyi və İdarəetmə”

Təlimdə müxtəlif qurumların nümayəndələri ilə yanaşı, bu sətirlərin müəllifi də iştirak edirdi.

23.11.2022 12:44
14
A+
A-

Fairmont otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində gender məsələləri üzrə məsul şəxslər üçün “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlim keçirilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirin əhəmiyyətini vurğulayaraq idarə və müəssisələrdə, təşkilatlarda gender məsələlərinə məsul şəxslərin fəaliyyət göstərdiyini qeyd edib. O, məişət zorakılığının qarşısının alınmasında və ailələrdə gender münasibətlərinin formalaşmasında, eyni zamanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasında gender komissiyalarının əhəmiyyətindən danışıb. Eyni zamanda Dövlət Komitəsi tərəfindən gender məsələlərinə məsul şəxslərin fəaliyyətini tənzimləyən təlimatlar hazırlandığını diqqətə çatdırdı.

Dedi ki, Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Gender portalı yaradılıb. Bu portal gender məsələlərinə məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirəcək.

Təlimdə müxtəlif qurumların nümayəndələri ilə yanaşı, bu sətirlərin müəllifi də iştirak edirdi.

Təlimi gender eksperti kimi dəvət olunmuş, eyni zamanda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl aparırdı.

Təlimdə “Ailədə gender rolları” ilə bağlı videoçarx (Qırğızıstan nümünəsi) nümayiş etdirildi, eləcə də Gender bərabərliyi konsepsiyası; gender indikatorları və yoxlama alətləri; “Azərbaycan qadınının ailədə üzləşdiyi vəziyyət” və qadının həyatına təsiri; genderə məsul şəxslərin vəzifəsi və çətinlikləri mövzusunda müzakirə və diskussiyalar aparıldı. Aparılan müzakirələrdə mən də iştirak edirdim. Çıxışlarımda gender siyasətinin həyata keçirilməsində Azərbaycan həmkarlar ittifaqlarının rolu, AHİK-in gender siyasəti konsepsiyası və digər sənədlər haqqında, həmkarlar ittifaqlarının illik gender statistikası (“GS-1” forması üzrə), eləcə də AHİK-in nəzdində yaradılan “Gender və qadın problemləri üzrə Mərkəz”i və komissiyaları, xüsusi təyin olunmuş məsul şəxslər barədə məlumatları təlim iştirakçılarının diqqətinə çatdırdım.

Ümid edirəm ki, təlimdə qazanılan biliklər gələcəkdə sahə həmkarlar ittifaqları oqranlarının məsul şəxslərinin təyin edilməsində, fəaliyyəti və vəzifə bölgüsü işində səmərəli olacaqdır.

                                                           

Afaq YUSİFOVA,

AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi

 

ETİKETLƏR: