Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Delta” ştammı daha yoluxucudur

““Delta” ştammı ilkin koronavirusdan iki dəfə daha yoluxucudur”.

07.07.2021 19:05
43
A+
A-

““Delta” ştammı ilkin koronavirusdan iki dəfə daha yoluxucudur”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminatan deyib.

Onun sözlərinə görə, “delta” ştammı artıq 85-dən çox ölkədə mövcuddur. “O, ilkin SARS-CoV-2 virusundan ən azı iki dəfə daha yoluxucudur”, - deyə Svaminatan Sumiya tviterdə yazıb.

Alim qeyd edib ki, bu cür ştammı olan insan “iki, dörd, altı və hətta səkkiz nəfər”i xəstəliyə yoluxdura bilər”, - bu səbəbdən bütün ailə tərəfindən xəstəliyə yoluxma daha geniş yayılıb.

O həmçinin dünyada vaksinlərin əksəriyyətinin, ən azından xəstəliyin ağır keçməsinin qarşısını almaqda səmərəli olduğunu bildirib. Mütəxəssis əlavə edib ki, vaksinasiyanın vacibliyinə baxmayaraq, insanlar maska və əlcək taxmağa davam etməli və sosial məsafəni qorumalıdırlar.

ÜST-ün məlumatına görə, koronavirusun Hindistan variantı (B.1.617) oktyabr ayında aşkar edilib. Daha sonra üç alt növ müəyyən edilib: B.1.617.1, B.1.617.2 (“delta”) və B.1.617.3. Onlar bir neçə mutasiya ilə fərqlənirlər. Alimləri ən çox “delta” ştammı narahat edir. Onun mutasiyası davam edir, bu yaxınlarda “delta-plus” (B.1.617.2.1) ştammının yarandığı da məlum olub.

ETİKETLƏR: