Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yubiley döş nişanı təqdim olundu

Sonra Xəyyam müəllim yubiley döş nişanını E. Quliyevə təqdim etdi. Ona Səttar Möhbalıyevin təbrikini və xoş arzularını çatdırdı.

20.10.2021 11:22
7
A+
A-

“Həmkarlar ittifaqları tərəfdaşlarından işçilərin maraqları naminə götürülən öhdəliklərin  yerinə yetirilməsini tələb etdiyi kimi, onların sosial sahədə atdıqları müsbət addımları dəyərləndirməyi də işinin tərkib hissəsi sayır”.

Bu sözləri “Xidmət-İş”  Həmkarlar  İttifaqları  Federasiyasının vitse- prezidenti Xəyyam Nəsibov  “Azərittifaqın” sədri,  professor, Milli Məclisin deputatı Eldar Allahyar oğlu Quliyevə Azərbaycan Həmkarlar İttifaqları -115 il” yubiley döş nişanını  təqdim edərkən deyib. Qeyd edib ki, AHİK -in sədri hörmətli Səttar  Möhbalıyevin tövsiyələrinə əsasən, sahə həmkarlar ittifaqları  tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində  fəaliyyət göstərir. Nümunəvi tərəfdaşlarımızın təcrübəsi öyrənilir və geniş yayılır.

Təcrübə göstərir ki, işçilərin sosial və əmək hüquqlarının maksimum qorunması istehsalın maksimum inkişafının başlıca şərtlərindəndir. Biz bu şərtlərin Sizin təşkilatda uğurla həyata keçirildiyini uzun müddətdir ki, müşahidə edirik. Müşahidələr nəticəsində bilirik ki, hörmətli Eldar müəllim,  Siz, rəhbər işçi olaraq, ilk  təşkilatımızın  işi ilə daim maraqlanırsınız. Təşkilatın təşəbbüslərini, təkliflərini ciddi  qarşılayır, qanunvericiliyin büdcənin imkanları daxilində tətbiqinə dəstək göstərirsiniz.

Sonra Xəyyam müəllim yubiley döş nişanını E. Quliyevə təqdim etdi. Ona Səttar Möhbalıyevin təbrikini və xoş arzularını çatdırdı.

E. Quliyev AHİK-in göstərdiyi bu diqqəti yüksək qiymətləndirdi.  Yubiley döş nişanını ittifaqın bütün əməkdaşlarına, eləcə də kollektivə sayğının yaxşı nümunəsi adlandırdı.  Təşəkkürlərinin Səttar müəllimə çatdırılmasını xahiş etdi.  Bildirdi ki, bu mükafat  təşkilatımızla həmkarlar ittifaqı arasında mövcud olan əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfələrini verəcək.

ETİKETLƏR: